Accessibility links

ABŞ qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün Mərkəzi Amerika ölkələri ilə əməkdaşlıq edir [Video]


ABŞ qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün Mərkəzi Amerika ölkələri ilə əməkdaşlıq edir
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Birləşmiş Ştatlar Şimali Üçbucaq ölkələri kimi tanınan El Salvador, Qvatemala və Hondurası qeyri-qanuni immiqrasiya, narkotik qaçaqçılığı və korrupsiyanın qarşısını almaq üçün Vaşinqtonla əməkdaşlıq edərək daha çox tədbir görməyə çağırır.

Mərkəzi Amerika yoxsulluq və zorakılıqdan qaçan bir çox miqrant üçün yolun başladığı yerdir. Orada onlar ölüm tacirləri ilə üzləşir.
Mayk Pens

Hər il dünyada ən çox korrupsiya və zorakılıq hallarının baş verdiyi Şimali Üçbucaq ölkələrindən yüzminlərlə insan qaçır.

Adətən onlar ya sığınacaq ya da qanunsuz mühacirət yolu ilə Birləşmiş Ştatlara gəlir.

Həmin ölkələrdə baş verənlər ABŞ-ın təhlükəsizliyi və iqtisadi maraqlarına birbaşa təsir göstərir.

Bu səbəbdən də bu həftə Mərkəzi Amerika ölkələrinin liderləri və yüksək səviyyəli rəsmiləri Mayamidə bir araya gəlib. Orada onlar həm təhlükəsizliyin, həm də regiona investisiyanın artırılmasının vacibliyini müzakirə ediblər.

“Mərkəzi Amerika yoxsulluq və zorakılıqdan qaçan bir çox miqrant üçün yolun başladığı yerdir. Orada onlar ölüm tacirləri ilə üzləşir,” deyə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

Vaşinqton isə narkotik qaçaqçılığı, qanqsterlər və qeyri-qanuni miqrasiyaya qarşı sərt ton sərgiləyir.

ABŞ vitse-prezidenti Mayk Pens və Haiti prezidenti Hovenel Mois
ABŞ vitse-prezidenti Mayk Pens və Haiti prezidenti Hovenel Mois

“İqtisadi firavanlığı artırmaq üçün biz birlikdə formal iqtisadiyyatı gücləndirməliyik və qeyri-qanuni immiqrasiyaya və digər qanunsuz əməllərə gətirib çıxaran iqtisadi səbəbləri aradan qaldırmalıyıq”, ABŞ dövlət katibi Reks Tillerson deyib.

Konfransın keçirildiyi məkanın qarşısında isə etirazçılar fərqli mesaj səsləndirib. Onlar məcburi deportasiyaya qarşı çıxır, ölkədə daha çox müxtəliflikdən yanadır və prezident Donald Trampın administrasiyasını Mərkəzi Amerikadakı humanitar böhranın əsas səbəblərini aradan qaldırmaq üçün addımlar atmağa çağırır.

Biz əmin olmalıyıq ki, bizim həmin proqramlar üçün ayırdığımız pullar həqiqətən də dəyişikliyə gətirib çıxaracaq və beləcə biz üzərimizə regionla bağlı daha uzunmüddətli və davamlı öhdəçilik alacağıq.
Ceyson Markzak

Ekspertlər deyir ki, Vaşinqtonun Mərkəzi Amerikaya göndərdiyi pulların düzgün xərcləndiyindən əmin olması üçün şəffaflıq olmalıdır.

“Biz əmin olmalıyıq ki, bizim həmin proqramlar üçün ayırdığımız pullar həqiqətən də dəyişikliyə gətirib çıxaracaq və beləcə biz üzərimizə regionla bağlı daha uzunmüddətli və davamlı öhdəçilik alacağıq”, Atlantik Şuradan Ceyson Markzak deyib.

Mərkəzi Amerikanın yüksək səviyyəli rəsmiləri deyir ki, onlar Vaşinqtonun transmilli cinayətlər və qeyri-qanuni immiqrasiyaya son qoyması üçün təcili addımların atılmasına dair bu narahatlığını anlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG