Şimali Koreyanın son nüvə silahı sınağına cavab olaraq ABŞ-ın uzaq-mənzilli hərbi təyyarələri Cənubi Koreyanın üzərində nümayiş uçuşu keçirib.
Nüvə silahı daşıma qabiliyyətinə malik B-52 qırıcısı Osan hava bazasının üzərində görünüb. Baza Şimalla Cənubun sərhədindən 72 kilometr cənubda yerləşir. Daha sonra qırıcılar yenidən məxsus olduqları Guam bazasına geri qayıdıb. Qırıcı təyyarəni ABŞ və Cənubi Koreyanın iki döyüş təyyarəsi müşayiət edib.
ABŞ Sakin Okean Komandanlığının komandiri olan ABŞ dəniz admiralı Herri Harris açıqladığı bəyanatda bu uçuşu Cənubi Koreya və Yaponiyanı dəstək nümayişi adlandırıb.
ABŞ-Cənubi Koreya birgə hərbi komandanlığının komandir müavini jurnalistlərə bildirib ki, ABŞ Cənubi Koreyanın müdafiəsində fasiləsin dayanır və Koreya yarımadasında sabitliyin qorunub-saxlanmasına çalışır.