Accessibility links

ABŞ rəsmiləri İraq qüvvələrini tənqid edib


ABŞ rəsmiləri bazar günü İslam Dövlətinin son günlərdə İraq daxilində irəliləmələrinə görə İraq qüvvələrini ittiham edib.

Suriya dövlət mediası bildirib ki, İslam Dövləti ötən həftə Palmira şəhərini ələ keçirəndən bəri 400 nəfərin həyatına son qoyub.

Qonşu İraqda isə İslam Dövlət qrupu Əl-Valid sərhəd məntəqəsinə nəzarəti ələ keçirib.

Bu gün yayımlanan müsahibəsində ABŞ müdafiə naziri Eşton Karter İraqın İslam Dövlətinə reaksiyasını tənqid edib. O, CNN-ə bildirib ki, bir həftə əvvəl Ramadinin verilməsi göstəriri ki, İraq qüvvələrinin döyüşmək istəyi yoxdur.

Milli Təhlükəsizlik müşaviri Suzan Rays də Karterin narahatlıqlarını dəstəkləyib.

XS
SM
MD
LG