Rusiya NATO-nu Baltikyanı ölkələrdə bir neçə günə məğlub edə bilərmi? ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Rand Korporasiyasının ekspertlərinə əsaslanaraq iddia edirlər ki, Rusiya qoşunları Baltikyanı ölkələrdə olan NATO qüvvələrini 60 saat ərzində dəf etmək qabiliyyətinə malikdir. Bu Atlantik alyansın öz üzvlərini qorumaq üçün bölgədə zəif olduğuna dair növbəti xəbərdarlıqdır.
Dövlət katibinin Rusiya, Ukrayna və Avrasiyada müdafiə məsələləri üzrə köməkçisi Maykl Karpenter Rand Korporasiyasının “NATO-nun Şərq Cinahının Müdafiəsinin Gücləndirilməsi”nə dair hesabatınındakı fikirlərlə razıdır. Hesabatda deyilir ki, Estoniya, Latviya və Litva daxil olmaqla, Baltikyanı ölkələr Rusiyanın mümkün hücumuna müqavimət göstərməkd' gücsüzdür və regiona yerləşdirilmiş azsaylı NATO qüvvələri bu ölkələrin müdafiəsinə kömək etmək üçün kifayət deyil.
Hesabata görə həmin 3 ölkənin birlikdə əsasən yüngül döyüş mexanizmləri ilə təhciz olunmuş və müdafiə üçün nəzərdə tutulmuş 11 piyada döyüş batalyonu var. Onlara qarşı Rusiyanın Qərb Vilayət Qoşunları və Kalininqrad vilayətinin 9 diviziyası gücündə olan 46 batalyonu döyüş vəziyyətinə gətirilib. Qüvvələrin əsas hissəsi tanklar, mexaniki piyada qoşunları, aviasiya, dəniz qoşunları, artileriya, yer-yer tipli raketləri və hücum helikopterlərdən ibarətdir. Bu qüvvələr ənənəvi hücum üçün ən münasib qüvvə hesab edilir.
"Baltikyanı ölkələr Rusiyanın mümkün hücumuna müqavimət göstərməkd' gücsüzdür və regiona yerləşdirilmiş azsaylı NATO qüvvələri bu ölkələrin müdafiəsinə kömək etmək üçün kifayət deyil."
Müdafiə hücumdan daha asan olduğuna görə qələbə qazanılması üçün hücumda hərbi qüvvələrin müdafiə ilə müqayisədə 3:1-ə nisbətində olması şərti qəbul edilir. Hal-hazırda həmin nisbət 4:1-ə nisbətindən daha artıqdır və NATO-nun bölgədəki qoşunlarının atəş açmaq qabiliyyəti Ruisya ilə müqayisədə daha azdır.
NATO Baltikyanı regionun müdafiəsi üçün daha 4 batalyon cəlb etməyi planlaşdırır. Almaniya, ABŞ və Britaniya hər biri bölgəyə bir batalyon göndərəcək. NATO-nun digər üzvləri bölgəyə 4-cü batalyonu göndərməlidir. Bundan sonra qüvvələrin bölgədə 2:1-ə nisbətində olacağı ehtimal olunur.