Accessibility links

ABŞ Rusiyanın dezinformasiyası ilə mübarizə yolları axtarır [Video]


ABŞ Rusiyanın dezinformasiyası ilə mübarizə yolları axtarır
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxilə etməsi artıq mübahisə doğurmayan bir faktdır.

Qanunvericilər və şahidlər keçən həftə keçirilən dinləmələrdə bu məsələdə razılaşıblar və bildiriblər ki, Amerika Birləşmiş Ştatları gələcəkdə ölkədəki demokratik prosesləri qorumaq üçün daha çox iş görməlidir.

“Qərb ölkələrindəki seçkilərə aqressiv müdaxilə də daxil olmaqla Rusiyanın fəallığının məqsədi qorxu yayaraq, demokratik institutlarına qarşı şübhə yaratmaq, NATO və Avropa İttifaqı kimi Qərb birliklərini zəiflətməkdir. Onlar bununla Qərb tərəfindən əsası qoyulan qanun və institutların idarə etdiyi sistemi avtoritar düşüncə ilə idarə olunan sistemlə əvəzlənməsinə nail olmaq istəyirlər. Elə sistem ki, yalnız sahibləri və vassalları tanıyır.”

Senator Qardner Rusiyanın Ukraynadakı aqressiyasına və Qərb seçkilərinə müdaxiləsinə Qərbin cavabını “zəif” adlandırıb və deyib ki, güclü cavabın verilməməsi Rusiya prezidenti Vladimir Putini daha da möhkəmləndidir.

Fianna Strategies kommunikasiya konsultasiya şirkətindən olan Molli MakKyu deyir ki, Rusiya sosial mediada seçicilər necə hədəfə götürməyi anlayır.

MakKyu qeyd edir ki, amerikalıların çoxu dezinformasiya cəhdlərinin onlara qarşı işləyə biləcəyinə inanmırlar. Amma Rusiya höküməti insanları müəyyən şəxsə səs verməsinə təsir etmək və ya seçki günü seçkiyə getməmələri üçün marketinq və psixologiya alətlərindən istifadə edir. Bu yaxınlarda Rusiyanın Amerika seçkiləri zamanı reklam alması ilə bağlı xəbərlər bunu nümayiş etdirir.

“Mən düşünürəm ki, hətta Kreml özü hekayələrini sosial media vasitəsilə necə asanlıqla yaya biləcəklərinə təəccübləniblər.”

Amerikanın Səsini idarə edən Beynəlxalq Yayım Şurasının rəhbəri Con Lansinq dinləmələrdə ifadə verib. O, deyib ki, Rusiyanın deziformasiyası ilə mübarizədə ABŞ obyektiv xəbərləri və faktları istifadə edir və rus dilində yayımlanan “Настоящее Время” kimi verilişlər buraxır. Amma əlavə edib ki, bir şey var ki, ABŞ onu etməyəcək.

“ABŞ propaqanda etməyəcək. Faktiki olaraq, bizim belə bir şey etməyimizin qarşısını alan qanun var. Bu qanun hökümətin bizim müstəqil redaksiya qərarlarımıza müdaxiləsinin qarşsını alır.”

Dinləmələrdə iştirak edən ekspertlər bildiriblər ki, Almaniyanın hökümətin koordinasiyalı addımları keçən ay Rusiyanın onların seçkilərinə müdaxilə cəhdlərinin qarşısını ala bilib.

XS
SM
MD
LG