Accessibility links

ABŞ Skripalların zəhərlənməsinə görə Rusiyaya yeni sanksiyalar tətbiq edir


Rusiya cümə axşamı ABŞ-ın sabiq rus casusunun Britaniyada zəhərlənməsi ilə bağlı Moskvaya tətbiq etdiyi yeni sanksiyaları "qeyri-qanuni" adlandırıb və Rusiyanın bu insidentdəki rolunu inkar edib.

Birləşmiş Ştatlar mart ayında Britaniyada sabiq rusiyalı casus və onun qızının zəhərlənməsinin arxasında Moskvanın dayandığı müəyyən ediləndən sonra Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etmək qərarı verib.

Qadağalar tamamilə qanuna ziddir və beynəlxalq qanunlara uyğun gəlmir.

22 avqustda qüvvəyə minəcək yeni sanksiyalar elektron mallar kimi milli təhlükəsizlik baxımdan həssas əmtəənin Rusiyaya ixracına şamil olunacaq.

Kreml bu addımı “qəbuledilməz” adlandırıb. “Qadağalar tamamilə qanuna ziddir və beynəlxalq qanunlara uyğun gəlmir,” deyə sözçü Dmitri Peskov bildirib.

Sergey Skripal və onun qızı Yuliya Sovet dövründə hazırlanan Noviçok maddəsi ilə zəhərlənib. Hər ikisi sağ qalsalar da, bir neçə həftə xəstəxanada qalmalı olub.

Sergey Skripal və onun qızı Yuliya Britaniyanın Salisbury şəhərində zəhərlənmişdilər. Rəsmi London bu insidentdə rus kəşfiyyatını günahlandırıb.
Sergey Skripal və onun qızı Yuliya Britaniyanın Salisbury şəhərində zəhərlənmişdilər. Rəsmi London bu insidentdə rus kəşfiyyatını günahlandırıb.

İki həftədən sonra qüvvəyə minəcək sanksiyalar ABŞ-dan Rusiyaya ixrac edilməsi planlaşdırılan həssas milli təhlükəsizlik cihazlarının lisenziyalarına da öz təsirini göstərəcək.

Britaniyanın Xarici İşlər Nazirliyi ABŞ sanksiyalarını alqışlayıb.

“Salisburi küçələrində törədilmiş kimyəvi silah hücumuna güclü beynəlxalq cavab Rusiyaya birmənalı şəkildə mesaj verir ki, onun təxribat xarakterli, məsuliyyətsiz davranışı cavabsız qalmayacaq” , nazirliyin yaydığı bəyanatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG