Accessibility links

ABŞ Rusiyanı Suriyaya yardımın çatdırılması üçün dəstək olmağa çağırıb


ABŞ öz nüfuzundan istifadə edərək Rusiyaya Suriyanın böhran bölgələrinə humanitar yardım çatdırılması üçün təzyiqlərini artırıb.

Dövlət Departamenti bildirir ki, ABŞ Rusiyadan humanitar yardımı bölgələrə çatdırılması üçün hərbi təyyarələrindən istifadə edilməsini istəyib.

Dünya Ərzaq Proqramı təşkilatı prezident Bəşər Əl-Əsədin qüvvələri tərəfindən əlaqələrin kəsildiyi bölgələrə havadan qida və tibbi ləvazımat çatdırılması üzərində işlədiklərini bildirib. Planda deyilir ki, Suriya rejiminin həmin bölgələrə giriş üçün icazə verməlidir və qurudan yardımın daşınmasının ən yaxşı alternativ olduğu bildirilir.

BMT-nin sözçüsü Stefan Dujarriç deyib ki, Suriya rejimi qurudan yardımın çatdırılmasına icazə verib.

Hərbi əməliyyatların dayandırılması və humanitar yardımın çatdırılması planın əsas tərkib hissəsidir. Beynəlxalq Suriyaya Dəstək Qrupu planın həyata keçirilməsi və Suriyada siyasi keçidin təmin olunmasına çalışır.

Çərşənbə axşamı günü parlamentdə çıxışı zamanı prezident Əsəd Suriyanın hər qarış torpağının geri alınacağına and içib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG