Accessibility links

ABŞ 12 rusiyalı kəşfiyyat əməliyyatçısını seçkilərə müdaxilədə təqsirli bilib


Federal jüri cümə günü Rusiyanın 12 hərbi kəşfiyyat rəsmisini 2016-cı il prezident seçkiləri zamanı ABŞ Demokratlar Partiyasının kompüterlərinə daxil olmaqla təqsirli bilib. Rusiyalılara qarşı bu ittihamlar Moskvanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror tərəfindən irəli sürülüb.

Təqsirli bilinən əməliyyatçıların Hillari Klintonun seçki kampaniyasının könüllüləri və işçilərinin email hesablarına daxil olduqları və həmin yazışmaların ictimaiyyətə açıqladıqları bildirilir.

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin digər aspekti Sankt-Peterburq şəhərində qərargahlaşmış və “troll fabriki” kimi tanınan İnternet Təhqiqatlar İdarəsinin sosial media vasitəsilə həyata keçirdiyi kütləvi təsiretmə əməliyyatları daxildir.

Fevral ayında jüri həmin idarənin 12 əməkdaşını və maliyyəçisin təqsirli bilmişdi.

Təqsirnamələr ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında bazar ertəsi keçirilməsi planlaşdırılan zirvə toplantısı ərəfəsində elan edilib. Tramp cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, rusiyalı həmkarı ilə görüşəcəyi zaman bu barədə “mütləq danışacaq.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG