Accessibility links

ABŞ 60 rusiyalı diplomatı ölkədən çıxarır [Video]


ABŞ 60 rusiyalı diplomatı ölkədən çıxarır
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Bazar ertəsi Birləşmiş Ştatlar casus olmaqda ittiham etdiyi 60 rusiyalı diplomata bir həftə ərzində ölkəni tərk etməyə göstəriş verib. Fransa, Almaniya və Polşa daxil olmaqla bir sıra ABŞ müttəfiqi də martın 4-də Britaniyada keçmiş rusiyalı casus və qızına qarşı edilən kimyəvi hücuma cavab olaraq bənzər addımlar atıb.

Bu, bizim Rusiyanın bu cür əməlləinə göz yummayacağımızı göstərir. Bu hücumda Rusiyanın əli olduğu aydındır. Buna isə sərt cavab tələb olunurdu. Şəxsən mən düşünürəm ki, hətta daha da sərt cavab tədbirləri görülməlidir. Buna böyük oliqarxları hədəf alan sanksiyalar daxildir.
Aleksandr Verşbov

Sergey Skripal və qızı Yuliyaya qarşı Rusiyanın hərbi təyinatlı kimyəvi maddəsi ilə edilən hücum sərt beynəlxalq reaksiyaya səbəb olub. ABŞ 60 rusiyalı diplomatı qovub və Rusiyanın Sietldakı konsulluğunun bağlanmasına göstəriş verib. Ağ Ev bildirib ki, prezident Donald Tramp hələ də Rusiya ilə əməkdaşlıq etmək istəyir, amma onların əməlləri buna mane olur.

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bu cavab tədbirini izah edib.

“Birləşmiş Ştatlar bu addımı NATO müttəfiqləri və dünya boyu tərəfdaşları ilə birlikdə Birləşmiş Krallıq ərazisində Rusiya tərəfindən hərbi təyinatlı kimyəvi maddə ilə hücuma cavab olaraq atır,” deyə o bildirib.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib ki, Moskva bunu gözləmirdi, çünki onlar bu addımın Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasındakı konstruktiv telefon söhbətinə zidd olduğunu düşünür.

Bəzi təhlilçilər deyir ki, ABŞ-ın sərt cavab verəcəyi gözlənilmirdi və bu, Tramp administrasiyası üçün dönüş nöqtəsi ola bilər.

“Bu, bizim Rusiyanın bu cür əməlləinə göz yummayacağımızı göstərir. Bu hücumda Rusiyanın əli olduğu aydındır. Buna isə sərt cavab tələb olunurdu. Şəxsən mən düşünürəm ki, hətta daha da sərt cavab tədbirləri görülməlidir. Buna böyük oliqarxları hədəf alan sanksiyalar daxildir,” ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbov söyləyib.

Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

Digər təhlilçilər isə deyib ki, bu addım ABŞ-ın Britaniya ilə həmrəy olduğunun göstəricisidir və Putinə siqnal göndərir.

“Ən azından ABŞ-Britaniya həmrəyliyi iki ölkə arasında yaxşı münasibələtrin qorunub saxlanmasına yardım edəcək və mümkündür Rusiyanı bənzər addım atmaqdan çəkindirəcək,” Hadson institutundan Riçard Veitz deyib.

Ekspertlər bildirir ki, Putin, cavab olaraq Rusiyadan 60 diplomatı çıxaracaq. Ötən sentyabr ayında isə o, 755 amerikalı diplomatı ölkədən çıxarıb.

Dövlətə məxsus RIA xəbər agentliyi də Putinin ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 60 işçisinin ölkəni tərk etməsini tələb edəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG