Accessibility links

ABŞ Rusiyanın Amerika vətəndaşlarını sorğu-sual etməsini pisləyir [Video]


ABŞ Rusiyanın Amerika vətəndaşlarını sorğu-sual etməsini pisləyir
please wait

No media source currently available

0:00 0:02:17 0:00

ABŞ Rusiyanın Amerika vətəndaşlarını sorğu-sual etməsini pisləyir

Helsinkidə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan zirvə görüşü zamanı rusiyalı lider sövdələşmə təklif edib. O bildirib ki, əgər ABŞ Kremlə Rusiyada qeyri-qanuni işlər görməkdə şüphələndikləri 11 amerikalını sorğu-sual etməyə icazə versə, o zaman xüsusi prokuroru Robert Müller Rusiyaya gələrək təqsirləndirilən 12 nəfər Rusiya vətəndaşını araşdıra bilər.

Moskvanın əsas hədəfi Londonda yaşayan investor Bill Brauderdir. Putin, Brauderin yoldaşlarının Rusiyada vergi ödəmədən böyük mənfəət əldə etdiyini və pulların bəzi hissəsini ABŞ kəşfiyyat işçiləri yardımı ilə ölkədən çıxardığını iddia edir.

Dövlət Departamenti çərşənbə günü Rusiyanın iddialarını "tamamilə absurd" adlandıraraq rədd edib.

"Biz Rusiya hakimiyyətini təkcə cənab Brauder və onun şirkətini deyil, Rusiyanı hədəf aldığını söyləyən bütöv saxtakarlıq sistemini araşdırmaq üçün ABŞ Ədliyyə Nazirliyi ilə birlikdə işləməyə dəvət edirik.'' - deyə, Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

Ancaq Ağ Ev Putinin təklifini təmamilə rədd etməyib.

"Bununla bağlı bir sıra müzakirələr olub amma ABŞ tərəfindən son qərar verilməyib. Prezident öz komandası ilə işləyəcək. Hər-hansı bir yenilik olarsa biz sizə xəbər edəcəyik.'' - deyə, Ağ Ev sözçüsü Sara Sander bildirib.

Rusiya prokurorları ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfaul da daxil olmaqla bəzi ABŞ qanunvericiləri, təhlükəsizlik işçiləri və diplomatlarını sorğu-sual etmək istəyir. Makfaul Ağ Evdən Putinin sorğu istəyini qınamağa çağırıb. Ancaq Makfaul Helsinki görüşündən əvvəl də Trampın Rusiyaya qarşı münasibətindən narahat olduğunu ifadə edirdi.

"Mənim ən böyük qorxum odur ki, prezident Tramp Vladimir Putinə qarşı çox dostcasına və tərif dolu davranacaq.''- deyə, Maykl Makfaul qeyd edib.

Tramp çərşənbə günü bu tənqidləri rədd edib.

"Rusiyaya qarşı mənim qədər sərt olan heç bir prezident olmayıb. Bunun üçün rəqəmlərə, bizim etdiklərimizə, sanksiyalara və orada olmayan səfirlərə baxmağınız kifayətdir.''

Bundan başqa isə ABŞ-ın rusiyalı casusu nəzarətə aldığı bildirilir. Rusiyanın Xarici İşlər Nazirliyi isə qeyd edib ki, bazar günü baş verən həbs Tramp-Putin zirvə görüşünün uğuruna kölgə salmaq cəhdidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG