ABŞ prezidenti Barak Obama İranın enerji və neft-kimya sektorlarına yeni sanksiyalar tətbiq edən sərəncam imzalayıb. Məqsəd İslam Respublikasının beynəlxalq sanksiyaları adlamasının qarşısını almaqdır.
İran prezident Mahmud Əhmədinejad sanksiyaları gülünc adlandırıb.
“Bu, gülməlidir. Qərb neft istehsalçısı olan ölkəyə qarşı neftdən siyasi silah kimi istifadə edir. Bu, bir qrup siyasi səfehlərin işidir,” deyə Əhmədinejad bildirib.
Əlavə olaraq, ABŞ maliyyə nazirliyi İran bankları ilə biznes edən bir Çin və bir İraq maliyyə təsisatına sanksiyalar tətbiq edib.
Ağ Evdən verdiyi bəyanatda prezident Obama bu sanksiyaların "beynəlxalq öhdəliklərini yerinə yetirməyən" İran hökumətini daha da təcrid edəcəyini bəyan edib.