Accessibility links

Sabiq Florida qubernatoru Ceb Buş prezidentliyə namizədliyini elan edir


Sabiq Florida qubernatoru Ceb Buş bugün Mayamidə prezidentliyə namizədliyini elan edərək Respublikaçın 11-ci namizədi olacaq.

Buş öz seçki kampaniyası üçün geniş məbləğdə vəsait toplayıb və iddialı namizəd hesab olunub. Ancaq bu yaxınlarda keçirilən rəy sorğularında onun Florida senatoru Marko Rubio və Viskonsin qubernatoru Skot Valkerlə eyni populyarlığa sahib olduğu meydana çıxıb.

Bu arada sabiq dövlət katibi Hillari Klinton seçki kampanıyasına könüllüləri toplamaq üçün Ayova ştatındadır. O, 2008-ci ildə ilk dəfə prezidentlik uğrunda mübarizə aparanda bu ştatdan seçilməmişdi.

Gələn ilin əvvəlində Ayova ştatından demokrat və respublikaçılar partiya qurultayında 2016-cı ilin noyabr ayında keçiriləcək prezident seçkilərinə namizədlər üçün səs verəcək.

XS
SM
MD
LG