Respublikaçı prezidentliyə namizəd Donald Tramp öz şəxsi vertalyotunda Ayova Ştatında keçiriləcək seçicilərlə görüşə gəlib. Seçicilərdən ən gənci onu Batman adlandırıb. Tramp bəlkə də super qəhraman deyil. Ancaq O, Respublikaçılar arasında öndə gedir və çıxışlarına görə ən çox diqqət cəlb edir.
Donald Tramp: "Meksika öz insanlarını göndərdiyə zaman, onlar ən yaxşılarını göndərmir. Onlar özləri ilə narkotik, cinayət, zorakılığı gətirir.”
Əyləncə mədəniyyəti siyasi mədəniyyətdə yerini alıb, deyə siyasi tarixçi Allan Lixtman bildirir. O, deyir ki, şəxsiyətlər ictimaətə rəhbərlik edir. Çünki 17 Respublikaçı namizəd var və onların hər biri digərlərindən fərqlənmək istəyir.
Misal üçün qubernator Mayk Hakabi Holokost haqda danışır.
Mayk Hakabi: "Mən üç dəfə Ausşvitzdə olmuşam. Mən soba qapısı haqda danışanda, mən həmin sobanın qapısının yanında olmuşam. Mən onun dəqiq necə olduğunu bilirəm."
Təqaüddə olan nevrocərrah Ben Karson qeyri-qanuni mühacirət haqda.
Ben Karson: "Əgər onlar bura gəliblərsə, biz onları bir yerə toplayıb gəldikləri yerə göndərə bilərik."
Allan Lixtman: "Təhlilçilər deyir ki, Donald Tramp bir qığılcımdır, o yox olub gedəcək. Respublikaçılar hər zaman oturaqlı birini namizəd edir. Amma ola bilsin ki, bu dəfə fərqli oldu. Çünki oturaqlı namizəd Ceb Buş çox sönük seçki kampanıyası aparır."
Lixtman deyir ki, prezident seçki kampaniyası əvvəl-axır siyasi fikir ayrılıqları üzərində cəmləşəcək. Ancaq bunun tezliklə baş verəcəyi gözlənilmir. Belə ki, Respublikaçı namizədlərin görüşləri bir-birlərindən çox da fərqlənmir.