Accessibility links

ABŞ seçki kampaniyasında mühacirət və ticarət məsələləri müzakirə olunur


Mitt Romni Obamanı dəstəkləyən qrupun dəstəyini cəlb etməyə çalışır

Mühacirət məsələləri ilə bağlı mövqeyini bildirən ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni bu həftəki seçki kampaniyasında yenidən iqtisadiyyat və digər daxili problemlərə toxunacaq.

Cənab Romninin Los Ancels şəhərində ABŞ ispan mənşəli amerikanların qurultayında çıxış edəcəyi gözlənilir. Onun çıxışı zamanı auditoriyaya “ədalətli və icbari immiqrasiya qanununu” konqreslə müzakirə edəcəyinə söz verəcəyi və 2008-ci il prezident kampaniyası zamanı eyni sözü verən prezident Barak Obamanı vədinə əməl etmədiyi üçün ittiham edəcəyi gözlənilir.

Cənab Romni 2008-ci il prezident seçkilərində Obamanı dəstəkləyən qrupun dəstəyini cəlb etməyə çalışır.

Öz növbəsində cənab Obama avtomobil sənayesinin hökumət subsidiyalarına görə Çınə qarşı ticarət şikayətini elan edəcəyi gözlənilir. Ohayo ştatında böyük sənaye sahələri Çini sənayelərinə ziyan vurduqlarına görə ittiham edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG