Səudiyyə Ərəbistanında baş verən dramatik hadisələr bütün Yaxın Şərqdə narahatlıq yaradıb. Dünyanın ən varlı insanlarından biri olan Səudiyyə Şahzadəsi Əl-Valid bin Talal da daxil olmaqla bir sıra hökumət nazirləri və investorlarla birlikdə Riyad Ritz otelində nəzarətdə saxlanılır.
Prezident Donald Tramp tvit yazaraq baş verən təqibə qarşı dəstəyini bildirib. Dövlət Departamentinin sözçüsü Heter Nuert reaksiyası da fərqli olmayıb.
“Biz Səudiyyə rəsmilərini korrupsiyada adı hallanan məmurları ittiham etməyə davam etməsini dəstəstəkləyirik. Biz Səudiyyə hökumətindən bunun ədalətli və şəffaf bir şəkildə edilməsini gözləyirik. Bu mövzuda söyləcəklərim bu qədər."
Dövlət Departamenti prezident Trampın dəstəyi ilə razılaşıb-razılaşmadığı barədə sualı Ağ Evə yönləndirməyi təklif edib.
Analitiklər deyirlər ki, Səudiyyə rəhbərliyi yayılmaqda olan korrupsiyaya qarşı mübarizə aparmaqla çətinliklərə cəsarətlə cavab verməyə çalışır və bununla da əsas rəqibi olan İrana qarşı çıxır.
Kütləvi həbslərin bölgədə qeyri-sabitliyə gətirməsi ilə bağlı suala cavab verən Heter bunun regiondakı qüvvələrdən asılı olduğunu bildirib.
Bəzi ekspertlər düşünür ki, bazar günü Livanın baş naziri Saad Həririnin Səudiyyə Ərəbistanından istefa verməsi bölgədəki münaqişəni alovlandıra bilər. Amr deyir ki, dövlət katibi Tillerson gərginliyi azalda bilər.
“İnanıram ki, Tillersonun Eksonda illər boyunca Körfəz ölkələri arasındakı ədavət və münaqişəni idarə etməsi ona kifayət qədər bilik və bacarıq qazandırıb. Tək sual prezident trampın bunu istəyib-istəməməsidir."
Amr bildirir ki, əgər Tramp ölkə daxilində olduğu kimi Yaxın Şərqi də silkələtmək istəsə bu çox təhlükəli oyuna çevrilə bilər.