ABŞ prezidenti Donald Trampın iddialara görə Ağ Evdə Haiti xalqı haqqında alçaldıcı ifadələr işlətməsi etiraz aksiyalarına səbəb olub.
Yüzlərlə nümayişçi bazar ertəsi günü Haitinin paytaxtı Port-o-Prinsdə yerləşən ABŞ səfirliyi binasının qarşısına toplanıb. Onlar Donald Trampın Haiti xaqı haqqında iddia edilən ifadə işlətməsi və ABŞ-da yaşayan minlərlə haitilinin hüquqi statusunu təmin edən proqramın sonlandırılmasına görə qınayıcı şüarlar səsləndiriblər.
Nümayişlər zamanı polislə nümayişçilər arasında qısa qarşıdurma yaşansa da, hadisə zamanı yaralananlar və ya həbs olunanlar barədə heç bir məlumat verilməyib.
Tramp administirasiyasının sözlərinə görə, 2010-cu ilin yanvar ayında baş verən zələzələdən sonra ABŞ-da yaşamaq və işləmək icazəsi verilən 60 000 haitili 2019-cu ilin iyul ayına qədər ölkəni tərk etməlidirlər.