Accessibility links

ABŞ səfirliyi ruslara viza verilməsini dayandırır


Birləşmiş Ştatlar Rusiya vətəndaşlarına qeyri-immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandıracaq. Moskvadakı ABŞ səfirliyi qadağanın 1 sentyabradək qüvvədə olacağını bildirib.

Səfirlik viza verilməsi dayanışını Rusiya hökumətinin səfirlik işçilərinin sayına qoyduğu məhdudiyyətlə əlaqələndirib.

Bütün Rusiya boyu qeyri-immiqrant vizalarının verilməsi 23 avqustdan etibarən dayandırılacaq.

“Bütün Rusiya boyu qeyri-immiqrant vizalarının verilməsi 23 avqustdan etibarən dayandırılacaq. Moskvadakı səfirlikdə viza verilməsi 1 sentyabrda bərpa olunacaq, ABŞ konsulluqlarında viza verilməsi qeyri-müəyyən müddətədək dayandırılacaq,” səfirliyin bəyanatında deyilir.

Səfirlik həmçinin elan edib ki, həmin periodda nəzərdə tutulmuş büün viza müsahibələri ləğv olunacaq.

Sergey Lavrov ABŞ-ın bu addımını rusları Kremlə qarşı qaldırmaq cəhdi kimi dəyərləndirir.
Sergey Lavrov ABŞ-ın bu addımını rusları Kremlə qarşı qaldırmaq cəhdi kimi dəyərləndirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu ölçüyə cavab olaraq bildirib ki, ABŞ hökumətinin bu addımı Rusiya vətəndaşlarını öz hökumətlərinin əməllərinə qəzəbləndirmək məqsədi daşıyır.

Ötən ay ABŞ-ın Rusiyaya yeni sanksiyalarına cavab olaraq rəsmi Moskva əks-ölçülərə əl atacağını bildirərək Rusiyada işləyən ABŞ diplomatlarının sayının 755-dən 455-ə endirilməsini tələb etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG