Accessibility links

ABŞ-a gələn bütün sərnişinlər əlavə yoxlanışlardan keçəcək


ABŞ hökümət rəsmisinin verdiyi məlumata görə, Birləşmiş Ştatlara gələn bütün uçuşlardakı sərnişinlər təyyarə qalxmadan öncə yeni təhüləsizlik yoxlanışlarından keçəcək. Bu o deməkdir ki, həm Amerika vətəndaşları həm də xaricilər bəzi hallarda hava yolu şirkəti işçiləri tərəfindən sorğu-sual ediləcək.

Bu yeni qərara həm Amerika həm də xarici hava yolu şirkətləri əməl etməlidir. Bu qərar hər gün ABŞ-a gələn 2100 uçuşa təsir göstərəcək.

Yeni qərar çaşqınlıqla qarşılanıb. Beş böyük avia şirkət cümə axşamından etibarən yeni təhlükəsizlik tədbirlərini həyata keçirməyə başlayacağını bildirsə də, onların hər biri bu prosesin həyata keçirilməsi ilə bağlı fərqli yollar irəli sürüb. Digər avia şirkətlər isə əməliyyatlarının heç bir dəyişiklik olmadan davam edəcəyini bildirib.

Yeni qaydalar laptopa qadağası aradan qaldırılandan sonra ABŞ-ın təhlükəsizlik nizamlamlarının həyata keçirilməsi üçün ayırlan 120 günlük müddətin sonunda təqdim olunub.

Yeni qayda ilə bağlı detallar ilk olaraq Dubayda qəragahlanan Emirates hava şirkətinin bəyanatında qeyd edilib.

Bəyanatda Emirates Dubaydan uçan sərnişinlər üərində əlavə yoxlanışlar keçirəcəyini bildirib.

Air France yeni təhlükəsizlk tədbirlərini cümə axşamı Parisin Orly Hava Limanında, bir həftə sonra, noyabrın 2-də isə Charles de Gaulle hava limanında həyata keçirməyə başlayacağını bildirib.

EgyptAir bildirib ki, yeni tədbirlərə sərnişinlər və onların baqajlarının daha ətraflı yoxlanışı, habelə onların sorğu-sual edilməsi daxildir.

Almaniyanın Lufthansa Group şirkəti isə bildirib ki, elektron cihazlara tətbiq olunan nizamlamalardan əlavə ABŞ-a gələn sərnişinlər qeydiyyat kioskunda habelə təyyarəyə minmədən öncəki çıxış qapısında qısa sorğu-sualla üzləşəcəklər.

Yeni qaydalar ABŞ-ın hava yolları şirkətlərinə də təsir göstərəcək. Delta Hava Yolları ABŞ-a səfər edən sərnişinlərə əlavə təhlükəzilik yoxlanışlarından keçmək üçün hava limanına uçuşdan azı üç saat öncədən gəlməyi məsləhət gördüyünü bildiirb. United isə məsələ ilə bağlı şərh verməyi rədd edib.

Airlines for Amerika adlı ticarət qrupundan Von Cenniqs deyir ki, yeni qaydalara mürəkkəb təhlükəsizlik tədbirləri daxil olsa da, ABŞ rəsmiləri bu məsələdə çox yumşaq davranıb.

Lakin yeni qaydaların effektlivliyindən hər kəs əmin deyil.

Bu, prezident Donald Trampın qlobal səhayətə təsir göstərən ən son qərarıdır.

Mart ayında ABŞ rəmsiləri bəzi Yaxın Şərq ölkələrindən gələn reyslərdə laptoplara qadağa tətbiq etmişdi.

Lakin daha sonra həmi n avia şirkətlər CT skannelərdən isitfadə etməyə başlayandan sonra qadağa aradan qaldırıldı.

Laptop qadağası eləcə də bəzi müsəlman ölkələrinə tətbiq olunan səyahət qadağaları Yaxın Şərq hava yolları şirkətlərinə mənfi təsir göstərib. Regionun ən böyük avia şirkəti olan Emirates bu qadağalardan sonra ABŞ-a uçuşlarının sayını 20 faiz azaltdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG