Accessibility links

ABŞ və Səudiyyə Ərəbistanı iki qlobal terroristə qarşı birgə sanksiyalar tətbiq edib


Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən bir gün öncə, ABŞ Dövlət Departamenti Səudiyyə Əərəbistanı ilə birlikdə tanınmış iki ekstremist liderə qarşı terrorizm sanksiyaları tətbiq edərək, onları “qlobal terrorçu” adlandırıb.

Hizbullahın yüksək səviyyəli lideri, 50 yaşlı Livan vətəndaşı Haşem Səfiəddin və Misirdə Sinay Yarımadasının İslam Dövlətinin lideri olan misirli Məhəmməd əl-İsavi terror qruplarını maliyyə və əmliyyat dəstəyi ilə təmin etdiklərinə görə və ABŞ-ın Xüsusi Qlobal Terrorçu siyahısına daxil edilib.

Aktivlərə nəzarət ofisi ilə Dpvlət Departamenti tərəfindən tərtib edilən sanksiyalara əsasən ABŞ şirkətləri və amerikalıların bu iki kişi ilə iş görmələri qadağan edilir, onların Birləşmiş Ştatlardakı aktivləri dondurulur və onlar bütün dünyadakı qanun mehafizə orqanlarına yüksək-profilli hədəf olaraq göstərilir.

Səfiəddin ABŞ-ın terrorçu təşkilat olaraq göstərdiyi, İran hküməti ilə yaxın əlaqələri olan və Suriya prezidenti Bəşər Əl-Əsəd hökümətinin tərəfində döyüşən Livan yarı-hərbi dəstəsi Hizbullahın icraçı şurasının əsas üzvlərindən biridir.

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşularaq Safiəddini hədəf alıb.

“Nəticədə, onun Səudiyyə Ərəbistanında olan bütün aktivləri dondurulub və ölkənin maliyyə sektoru vasitəsilə pul köçürməsinə qadağa qoyulub,” deyə ABŞ bəyanatında bildirilir.

“Səfiəddinə qarşı son addım terrorun maliyyələşdirilməsinə qarşı mübairəzədə Birləşmiş Ştatlarla Səudiyyə Əərəbistanı arasındakı güclü tərəfdaşlığın nümunəsidir”, deyə bəyanatda qeyd edilib.

Bu bəyanatda həmçinin bildirilir ki, sanksiyalar ABŞ hökümətinin Hizbullahın gördüyü işləri ifşa etmək səyləri ilə uyğun gəlir. ABŞ qrupun “terrorun ən birinci dəstəkçisi olan İran” tərəfindən dsətkləndiyini deyir.

Əl-İsavi isə 2016-cı ilin avqustundan bəri İŞİD-in Sinay yarımadasındakl əsas müttəfiqidir. O, Misirdə həbsdə olubŞ lakin daha sonra 2011-ci ildə baş verən iğtişaş zamanı həbsxanadan qaçıb..

XS
SM
MD
LG