Accessibility links

ABŞ və Şimali Koreya arasında gərginlik davam edir [Video]


ABŞ və Şimali Koreya arasında gərginlik davam edir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Prezident Donald Trampın Şimali Koreyadan gələn nüvə təhlükləsinin diplomatik həlli ilə bağlı pessimistliyi ola bilər ki, danışıqlar taktikasıdır.

“Məncə mənim digərlərindən müəyyən qədər fərqli yanaşmam var. Ola bilər ki, bu mövzuda yanaşmam digərlərindən daha güclü və daha sərtdir.”

Amma bu həm də Şimali Koreyanın nüvə başlıqlı qitələrarası ballistik raketin inkişaf etdirilməsini dayandırmaq üçün potensial güc istifadəsi üçün hazırlıq da ola bilər.

“Təkcə Tramp deyil, bu administrasiya bütövlükdə çox da uzaqda olmayan gələcəkdə, fikrimcə növbəti ildə, diplomatiyanın iflasa uğrayacağı vaxta sistemli hazırlıq görür.”

Son rəy sorğuları Şimali Koreyanın ballistik raket sahələrinə qabaqlayıcı zərbələrin endirilməsi ilə bağlı respublikaçı seçicilərin dəstiyinin artdığını göstərir. Lakin əksər amerikalılar hələ də bu fikrin əleyhinədir.

Şimali Koreyanın ABŞ-a hücumunun qarşısını almaq üçün ona zərbə edirmək əsaslandırıla bilən bir addım olsa da, bununla bağlı sübutlar təqdim etmək çətin ola bilər.

İlkin hərbi addımların hər biri, istər Şimali Koreyanın ballistik raket proqramının təxribatı üçün kiber hücumlar, istər hakimiyyət dəyişikliyi məqsədi ilə ölkə rəhbərliyinə ölümcül zərbə böyük bir riskdir. Belə ki, nəticədə cavab olaraq Cənubi Koreyaya və orada yerləşən 28,000 ABŞ əsgərlərinə qarşı məhvedici hücum keçirilə bilər. Bu isə nüvə müharibəsinə gətirib çıxara bilər.

“Düşünürəm ki, bu mənəvi, diplomatik, strateji və siyasi cəhətdən faciə ilə nəticələnə bilər. Yalnız Koreya yarımadası sakinləri və region üçün yox, həm də ABŞ üçün.”

Şimali Koreya deyir ki, Tramp administrasiyasının düşmən mövqeyi və Cənubi Koreya ilə birgə hərbi təlimlərin artırılması, nüvə tədbirlər ilə cavab verilməsi üçün əsas ola bilər.

Şimali Koreyanın uzaq mənzilli raketlərinin yeni sınaqları ilə cavab verəcəyi gözlənilir.

Heç bir tərəf indiyədək gərginliyi azaltmaq üçün bir addım atmayıb.

XS
SM
MD
LG