Cənubi Koreya ordusunun bilirdiyinə görə, ABŞ bombardmançı təyyarələri Cənubi Koreya qüvvələri ilə birlikdə Şimali Koreya ilə sərhədə nadir aparılan realistik döyüş təlimləri keçirib
Cənubi Koreya ordusu yaydığı bəyanatda bu təlimin Şimali Koreyanın balistik raket sınaqlarına cavab tədbiri olaraq keçirildiyi bildirib.
Ordu Quamdakı Anderson Hava Bazasından gönərilən iki ədəd ABŞ B-1B Lancer bombardmançısı ABŞ və Cənubi Koreya təyyarə döyüşçüləri ilə birlikə şərqi Qanqvon əyalətinə silahlar atıb və düşmən balistik raket hücumunu simulyasiya edib.
Şimali Koreya bu həftənin əvvəli nüvə başlığı daşıya bilən qitələrarası balistik raketi sınaqdan keçirib,
ABŞ ordu rəsmiləri raketin 5 min kilometr uça bildiyini və beləliklə ABŞ-ın şimal-qərb bölgəsinə hədə yaratdığını deyir.
ABŞ prezidenti Donal Tramp Şimali Koreyanın raket sınağından sonra, onların nüvə ambisiyalarına son qoymaq üçün “ciddi tədbirlər”görməyə hazır olduğunu deyib.
“Onlar çox təhlükəli hərəkətlər edir, bunun qarşısı alınmalıdır,” deyə o bildirib.