Accessibility links

ABŞ Şimali Koreyanın qarşısına tərksilah olması şərtini qoyub [Video]


Çərşənbə axşamı Kim Con Un-un Quama raket atılmasını təxirə salmaq barədə verdiyi qərarından sonra ABŞ-la Şimali Koreya arasındakı gərginliyin az da olsa səngidiyi müşahidə olunur.

ABŞ dövlət katibi Reks Tillersonun sözlərinə görə, növbəti addımın necə olacağı Kimdən asılıdır.

Lakin ABŞ rəsmiləri həmçinin onu da bildiriblər ki, Koreya yarımadasının nüvəsizləşdirməsi ilə bağlı müzakirələrin başlaması üçün əvvəlcə rəsmi Pxenyan balistik raketlər və nüvə silahı sınaqlarını dayandırmalıdır.

Müvəqqəti sabitliyin yaranması hərbi variant təhlükəsinin keçdiyini deməyə əsas vermir. ABŞ müdafiə naziri Cim Mattis bildirir ki, Şimali Koreyanın Quama raket hücumuna başladığı halda, Vaşinqton özünü müdafiə etməyə hazır vəziyyətdədir.

Analitiklər isə deyirlər ki, Koreya yarımadasında baş verəcək növbəti müharibənin qarşısını almaq üçün yeganə yol diplomatiyadır və Çin də bu prosesin bir hissəsi olmalıdır.

Çin BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarını dəstəklədikdən sonra, Vaşinqton Çinin Şimali Koreyaya qarşı münasibətinin tədricən dəyişməsinin fərqindədir.

XS
SM
MD
LG