Prezidentliyə namizəd Karli Fiorinanın həyat yoldaşı ona görə öz karyerasına son qoymalı olub. Digər namizəd Kris Kristi isə xanımının özündən daha çox pul qazanması ilə fəxr edir. Demokrat partiyasından iddialı namizəd Hillari Klinton da öz növbəsində Ağ Evə geri dönmək istəyir, ancaq bu dəfə prezident kimi.
Beləliklə 2016-cı il kampaniyası hər iki partiyanın gender məsələsinə müasir baxışlarla yanaşması deməkdir.
Dörd il əvvəl Atlantic jurnalında ailəsi ilə daha çox vaxt keçirmək üçün Dövlət Departamentindəki işinə son qoyduğu barədə məqalə yazan Enn Meri Sloter deyir ki, hər ikisi gəlirli ailədən olan qadınların prezidentliyə namizədlikləri siyasətdə böyük diqqət məkəzindədir.
Hazırda Vaşinqtonda yerləşən qeyri-hökumət təşkilatı "Yeni Amerika"nın prezidenti Stoter bu ilin ailə ili olacağını düşündüyünü deyir.
Bu illə müqayisədə milli təhlükəsizlik vəziyyətinin ağır olduğu 2008-ci ildə prezidentliyə namizədliyini irəli sürən xanım Klinton bu dəfə qadın, ailə, səhiyyə, körpələrə qayğı kimi məsələlərə daha ciddi yanaşır. "Bunlar yalnız qadın məsələləri deyil, bunlar bütün amerikalılara təsir edən iqtisadi məsələlərdir," deyə xanım Klinton bildirir.
Qadınların rifahının yaxşılaşması məsələsi ilə uzun illərdir məşğul olan xanım Klinton qız nəvəsi barədə çox danışır. Lakin onun Respublikaçı rəqibləri son zamanlar onu həyat yoldaşının keçmişdəki xəyanətləri barədə suallar qaldırır. Onlar həyat yoldaşı ilə əlaqədə olan qadınların xanım Klinton tərəfindən haqlarının pozulduğunu deyir. Donald Tramp Bill Klintona belə hərəkətlərə imkan verdiyini deyərək, xanım Klintonu günahlandırırb.
Florida ştatından Respublikaçı senator Marko Rubio uşaq vergi kreditinin artırılmasını və ailə məzuniyyətinin təmin edilməsi üçün işə götürənlər üçün vergi kreditinin yaradılmasını təklif edib.
Kristi deyir ki, hazırkı seçicilər əvvəllər olduğundan fərqlidir, onlar müxtəlif maraqlar, müxtəlif evliliklərdən olan yeni nəsildir. "Bu isə qadınların rolunun artması və yəqin ki, işçi qüvvəsi deməkdir" deyə o bildirir.