Accessibility links

ABŞ qırıcı təyyarələrini Suriya səmalarında səfərbər edib


Suriya təyyarələri ilk dəfə olaraq kürdlərin mövqelərini bombardman etməyə başlayıb

Suriyanın şimal-şərqində yerləşən Hasaka şəhəri cümə axşamı kürd qüvvələrinin Suriya hökumərt qüvvələri tərəfindən hava hücumuna məruz qaldıqdan sonra müharibənin ən qaynar nöqtəsinə çevrilib. ABŞ ərazidə olan koalisiya qüvvələrini qorumaq üçün qırıcı təyyarələrini səmaya qaldırıb.

Minlərlə mülki sakin hava hücumlarından sonra şəhəri tərk edib. Şəhərə edilən hava hücumları nəticəsində onlarla adam həyatını itirib. Hava hücumları 2014-cü ildən İŞİD-ə qarşı mübarizədə birgə hərəkət edən Suriya hökuməti və kürd qüvvələri arasında uçurum yaradıb.

Şahidlər Suriya hökumətinin 3 qırıcı təyyarəsinin YPG kürd qrupunun mövqelərini hədəf aldığını deyir. Amerikanın Səsi müxbirlərinin lentə aldığı video Suriya hərbi təyyarələrinin cümə günü şəhər səmasında dövrə vurduğunu göstərir.

ABŞ təyarələri səmaya qalxdıqdan sonra Suriyaya məxsusu SU-24 təyyarələri ərazidən çəkilib. Pentaqon Suriyaya hərbi himayədarlıq edən Rusiya hərbi rəsmiləri ilə əlaqə saxlayaraq aydın edib ki, ABŞ ərazidəki qüvvələrini qorumaq üçün "nə lazımdrısa edəcək".

Pentaqon regionda hava patrullarını artıracağını bəyan edib.

XS
SM
MD
LG