Accessibility links

ABŞ Suriyanı nə ilə vura bilər? [Fotoqalereya]


ABŞ-ın istifadə edəcəyi güman edilən Tomahawk kruiz raketləri radardan yayınır, hədəfi sərrast vurur

ABŞ ordusunun Aralıq dənizində 6-cı Dəniz Donanmasının Nəzarətində 5 Arleigh Burke sinfinə məxsus hərbi gəmisi var. Onlardan artıq ən azı ikisi Aralıq dənizinin Suriya sahillərinə yaxınlaşıb.

GlobalSecurity.Org–dan təhlükəsizlik analitiki Con Payk Amerikanın Səsinə bildirib ki, hər bir gəmi yüzə yaxın Tomahawk raketi saxlamaq qabiliyyətinə malikdir və onların hər biri onlarla silah daşıya bilir.

885 km/saat sürətlə hərəkət etmək qabiliyyətinə malik olan müasir Tomahawk 500 kiloqrama yaxın bomba daşıya bilir. Hər hansı bir ərazi üzərində fırlanıb hədəfin üzə çıxmasını gözləmək üçün Tomahawkın GPS sistemi, rəqəmsal xəritələri, video kameraları, iki-istiqamətli peyk bağlantıları və naviqasiya sistemi var.

ABŞ istehsalçısı Raytheon bildirib ki, raket saatlarla havada dairə vura, komanda veriləndə anidən istiqamətini dəyişə, hədəflərinin fotolarını çəkə bilər.

ABŞ Hərbi Dəniz Donanması Suriya liderlərinə kimyəvi silah proqramlarına dair mesaj göndərmək üçün bu raketlərdən istifadə edə bilər. Bu raketlərdən əvvəllər də İraq, Yuqoslaviya, Əfqanıstan, Sudan, Yəmən bə Liviya liderlərinə mesaj kimi istifadə edilib.

Yüksəkdən uçan uzaqdan idarə edilən pilotsuz təyyarələr də döyüş meydanına qoşula bilər. Ancaq ekspertlər hesab edir ki, aşağıdan uçan Tomahawk raketləri daha məqsədə uyğundur, çünki onlar Suriya ordusunun radar və havadan müdafiə sistemlərinə düşməmək qabiliyyətinə malikdir.

ABŞ-ın Yaxın Şərqdə habelə iki təyyarədaşıyan gəmisi var. Onlar Qırmızı dənizdəki USS Harry S. Truman və Şimali Ərəb dənizindəki USS Nimitz gəmisidir.

Birləşmiş Ştatlar habelə Avropadakı və Körfəzdəki müttəfiqləri ilə bölüşdüyü bazalarından Suriyaya əlavə hərbi təyyarələr göndərə bilər.
XS
SM
MD
LG