Accessibility links

Texasda güclü yağışlar daşqınlara səbəb olub


Daşqınlara məruz qalmış Texas ştatının Hyuston şəhərinin minlərlə sakini cümə axşamı günü yeni yağış qarsırğası ilə üzləşəcək.

Güclü daşqınlar nəticəsində səkkiz insan həyatını itirib. Bazar günü başlayan güclü yağış daşqınlara səbəb olub.

Sakinlərin çoxu daşqınlar nəticəsində evlərini tərk etməli olublar.

Texas ştatının qubernatoru Hyuston şəhəri ətrafında və doqquz rayonda fövqəlada vəziyyət elan edib.

Sinoptiklərin məlumatına əsasən bu həftənin sonuna qədər yağışların dayanması gözlənilir.

XS
SM
MD
LG