Accessibility links

ABŞ-da ilk Zika virusu halı qeydə alınıb


Texas ştatında cinsi əlaqə yolu ilə ilk Zika virusuna yoluxma halı qeydə alınıb.

Dallas dairəsinin rəsmiləri bildirib ki, pasiyent virusun yayıldığı ölkədən səfər edən şəxslə cinsi əlaqədən sonra virusa yoluxub.

Dallas dairəsi Səhiyyə və Sosial Xidmətlər idarəsinin departamentinin Zakari Tomas bildirib ki, virusun qeydə alınması halı xəstəliyin yayılmasının qarşısının alınması səylərini gücləndirəcək.

O deyib ki, Zika virusunu daşıyanların 80 faizində simptomlar bilinmir.

ABŞ-ın Yoluxucu Xəstəliklərin Qarşısının alınması Mərkəzi Texasda virusun qeydə alınması halını təsdiqləyib və xəstənin vəziyyətinin təhlükəli olmadığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, virus anadan olan körpələrdə anormal kiçik başla doğulma kimi ciddi qüsura səbəb olur.

Təşkilat Zika virusunu qlobal təhlükə adlandırıb və 4 miliyon insanın bu ilin sonunadək virusa yoluxma təhlükəsi qarşısında olduğunu bildirib.

24 ölkə yanvar ayının sonunadək Zika virusuna yoluxma hallarını təsdiqləyib. Yoluxma halları əsasən Mərkəzi və Cənubi Amerikada qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG