Accessibility links

ABŞ təyyarəsi Suriyada mühasirədə olan şəhərə silah atıb


ABŞ-ın yük təyyarəsi Suriyada İŞİD-in mühasirəsində olan Marea şəhərindəki üsyançı döyüşçülərə kiçik çaplı silahlar atıb. Yerli fəallar bildirir ki, həftələrdir göndərilən kömək xahişindən bəri ilk dəfədir ABŞ onlara təchizat göndərir.

ABŞ hərbi təyyarələri də Hələb yaxınlığındakı Marea şəhəri qoruyanlara dəstək olmaq məqsədilə İŞİD mövqelərinə qarşı bir neçə hava hücumu həyata keçirib. Cihadçı yaraqlılar artıq həftələrdir şəhəri ələ keçirməyə çalışır. Marea mühüm strateji şəhər hesab edilir.

Dünən ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Pat Rayder təchizat göndərilməsi missiyasının təfərrüatları barədə danışmaqdan boyun qaçırsa da bildirib ki, ABŞ Suriya Ərəb əks-İŞİD qüvvələrinin proqres əldə etməsi üçün onları silah və partlayıcı sursatlarla təmin edir.

Yerli fəalların ABŞ-ın onlara tank əleyhinə silahlar atdığını bildirsə də, Rayder bu məlumatı təkzib edib.

XS
SM
MD
LG