Accessibility links

ABŞ-Türkiyə münasibətləri gərginləşir [Video]


ABŞ-Türkiyə münasibətləri gərginləşir
please wait

No media source currently available

0:00 0:02:30 0:00

ABŞ-Türkiyə münasibətləri gərginləşir

Keçən həftə amerikalı keşiş Endrü Branson həbsxanadan çıxarılıb və ev dustaqlığına məhkum edilib. Ancaq ABŞ vitse-prezidenti Mayk Pensin xəbərdarlığına baxmayaraq Türkiyə onu ABŞ-a göndərməyi rədd edib.

"Əgər Türkiyə məsum din adamının azad edilməsinə dair lazımi addımlar atmasa və onu vətəni Amerikaya yola salmasa, ABŞ Türkiyəyə qarşı ciddi sanksiyalar irəli sürəcək" - deyə, vitse-prezident Mayk Pens bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlığa cavab verərək qeyd edib ki, bu təhdidlər Türkiyəni məhkəmə müstəqilliyindən güzəştə getməsinə məcbur edə bilməyəcək.

Tramp administirasiyası çərşənbə günü amerikalı rahib Endrü Bransonun həbsi və həbsdə saxlanmasında rolu ilə əlaqədar iki Türkiyə rəsmisinə qarşı sanksiya tətbiq edib.

"Prezidenti göstərişi ilə Maliyyə Nazirliyi keşiş Bransonun həbs olunmasında rolu olan Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq edir. Bunun nəticəsi olaraq hər iki nazirin ABŞ-da olan əmlak və hesabları dondurulub və ABŞ vətəndaşlarının həmin şəxslərlə əməliyyatlar aparılması qadağan edilib.'' - deyə, Ağ Ev sözçüsü Sara Sanders bildirib.

Keşiş Branson 20 ildən çoxdur Türkiyədə yaşayır. O 2016-cı ildə Erdoğan hökümətinə qarşı baş verən çevriliş cəhdinə görə həbs edilmişdi. Türkiyə rəsmiləri amerikalı keşişi çevriliş liderlərinə dəstək olmaqda ittiham edir.

Sanksiyalar son illər heç də yaxşı olmayan ABŞ-Türkiyə münasibətlərini daha da gərginləşdirəcəyi gözlənilir. ABŞ Pensilvaniya ştatında yaşayan və 2016-ci il Türkiyədəki çevriliş cəhdinin təşkilatçısı olmaqda ittiham edilən dini lider Fəthullah Gülənin ekstradisiyanı olunmasını rədd etmişdi. Vaşinqton bildirib ki, Türkiyə Gülənin ekstradisiya olunmasına kifayət edəcək qədər sübut təqdim etmədiyi üçün onun keşiş Bransonla dəyişdirilməsi təklifi rədd edilib.

ABŞ-ın həmçinin İraq və Suriyadakı İslam Dövləti ilə mübarizə aparan kürd militanlarını dəstəkləməsi Türkiyəni qəzəbləndirmişdi. Türkiyə bu militanların Kürd terrorçu qrupu PKK ilə əlaqəli olduğunu iddia edir.

XS
SM
MD
LG