ABŞ Dövlət Departmaneti bu həftə Vaşinqtonda Türkiyə prezindeti ilə mühafizə işçilərinin nümayişçilərə qarşı hücum etməsi ilə yaşanan qarşıdurmanın “son dərəcə narahatedici” olduğunu bildirib.
Dövlət Departamenti cümə günü verdiyi bəyanatda məsul şəxsləri məsuliyyətə cəlb edəcəyinə söz verib. Dövlət katibi müavinin vəzifəsini icra edən Tom Şannon çərşənbə günü davanı müzakirə etmək üçün Türkiyə səfiri Serdar Kılıçla görüşüb.
“Dövlət Departamenti bu hadisə ilə bağlı narahatlığını ifadə edib”, bəyanatda bildirib.
Dava çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı Türkiyə səfirinin iqamətgahı önündə Türkiyənin təhlükəsizlik işçiləri ilə etirazçılar arasında baş verib.
Etirazçılar deyir ki, onlar dinc nümayiş keçirdikləri vaxt Türkiyənin mühafizə işçiləri tərəfindən hücuma məruz qalıblar. Türkiyə isə qarşıdurmaya görə nümayişçiləri günahlandırıb və onların Ərdoğanı görmək üçün orada toplanan insanları aqressiv bir şəkildə təhrik etdiyini iddia edib.
Amerikanın Səsinin əməkdaşlarının hadisə yerində çəkdiyi videolarda Türkiyə mühafizə işçilərinin nümayişçilərə hücum etdiyi, onları yerə salıb, Amerika polisi onları ayıranadək etirazçıları döydükləri göstərilir.
ABŞ rəsmiləri qısa müddətliyinə Ərdoğanın cangüdənlərindən ikisini həbs edib, lakin daha sonra səfərdə olan yüksək səviyyəli dövlət rəsmisini müşahidə edən köməkçiləri toxunulmazlıqla təmin edən diplomatik protokollar səbəbilə sərbəst buraxıb.
Bəzi ABŞ qanunvericiləri Birləşmiş Ştatları Türkiyəyə qarşı daha sərt tədbir görməyə çağırır.