Accessibility links

ABŞ Türkiyə və Türkiyədən təyyarə uçuşlarına qadağa tətbiq edib


ABŞ rəsmilərinin bildirdiyinə görə, Federal Aviasiya Administrasiyası Türkiyədən Birləşmiş Ştatlara bütün nəqliyyatı dayandırıb.

ABŞ-ın Ankaradakı səfirliyinin açıqladığı məlumatda deyilir ki, hansı ölkəyə aid olmasına baxmayaraq, hava şirkətlərinin Türkiyədən Birləşmiş Ştatlara səfərlərinə qadağa qoyulur.

Administrasiya həmçinin ABŞ-da qeydiyyatdan keçmiş hava yollarının Turkiyəyə səfər etmələrini də yasaqlayıb. Təşkilatın qadağa siyahısına şəxsi səfərlər də daxildir.

Federal Aviasiya Administrasiyası qadağanın nə qədər çəkəcəyi ilə bağlı açıqlama verməyib.

Təşkilat Türkiyədəki vəziyyətə nəzarət edildiyini, Dövlət Departamenti və Milli Təhlükəsizlik Nazirliyi ilə mütəmadi əlaqə saxlanıldığını bildirir.

Bu qərar əsasən Los Anceles, Nyu-York, Atlanta, Hyuston, San Fransisko, Vaşinqton və Çikaqoya səfərlər təşkil edən Türkiyə Hava Yollarına böyük təsir göstərib.

XS
SM
MD
LG