Accessibility links

ABŞ və İran liderləri arasında söz güləşi


Çərşənbə günü İranda həm hökümətin lehinə, həm də əleyhinə nümayişlər keçirilib. Birləşmiş Ştatlar isə İran xalqına yenidən dəstək vəd edib. İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi isə Birləşmiş Ştatları “açıq-aydın müdaxilədə” günahlandırıb.

İranda etirazlar artıq bir həftədir davam edir. Orada nümayişçiclər iqtisadi problemlərə qarşı etiraz edir və höküməti islahatlar aparmağa çağırır. Nəticədə azı 21 nəfər ölüb, yüzlərlər insan həbs olunub.

İran dövlət mediası çərşənbə günü hökümət tərəfdarlarının nümayiş keçirdiyini göstərib, etirazçıların bir çox şəhərdə keçirdiyi nümayişlərin videoları isə sosial media platforlamalarında yayılıb.

“Bu gün biz artıq 2018-ci ilin qiyam cəhdinə son qoyulduğunu elan edə bilərik,” deyə İnqilab Keşikçilərinin komandiri Məhəmmə Əli Cəfəri bildirib və etirazçıların sayının 15 mindən çox olmadığını vurğulayıb. O həmçinin qeyd edib ki, İnqilab Keşikçiləri İsfahan, Laristan və Həmədana məhdud sayda qoşun göndərib.

Tramp İranda hökumət əleyhinə etirazlarla bağlı Twitter səhifəsində daha bir şərh yazaraq, “İran xalqına korrupsiyalaşmış hökumətini geri çağırmağa çalışdığına görə böyük ehtiram bəslədiyini” bildirib.

“İran xalqına öz korrupsiyalaşmış hökumətini geri çağırdığı vaxt böyük ehtiram. Siz Birləşmiş Ştatların münasib zamanda böyük dəstəyini görəcəksiniz!”, Tramp yazıb.

Ali ruhani lider Ayətullah Xameneyi də daxil olmaqla, bir neçə İran lideri etirazlara görə xarici hökümətləri günahlandırıb.

XS
SM
MD
LG