ABŞ Dövlət Departamenti həftəsonu Əfqanıstanın paytaxtı Kabildə yerləşən İntercontinental Hotel-ə edilən hücum zamanı öldürülənlər arasında dörd nəfər ABŞ vətəndaşının olduğunu təsdiq edilib.
Hadisə nəticəsində daha iki amerikalı vətəndaş isə yaralanıb.
ABŞ rəsmiləri hücum nəticəsində ölən və xəsarət alanlar haqqında məlumatı dərhal təsdiqləməyib. Lakin, Tramp seçki kampaniyasının keçmiş rəsmisi Rik Qeytsin sözçüsü Qlen Seliqin verdiyi məlumata görə, şənbə günü gecə başlanan və bazar günü səhərə qədər davam edən hücum nəticəsində 22 nəfər həyatını itirib.
Qlen Seliq Floridada yerləşən ictimaiyyətlə əlaqələr şirkətinin biznes işinə görə Kabildə idi.
Əfqan höküməti hücuma görə Talibanın müttəfiqi olan Haqqani terrorist təşkilatını günahlandırıb.