Accessibility links

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Azərbyacanda səfərdədir


Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçanı qəbul edib
Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçanı qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçanı qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışılıb, iki ölkə arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olunub. Zəngin tarixə malik olan enerji sahəsində əməkdaşlığın ABŞ-ın dəstəyi ilə daha da genişləndirilməsinin önəmi qeyd edilib. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinin əhəmiyyəti vurğulanıb, Azərbaycanda gedən demokratik proseslər və bunun perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edilib.

İkitərəfli münasibətlərin hazırkı vəziyyətinin təhlil olunduğu görüşdə əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyi bildirilib.

ABŞ səfirliyinin məlumatına görə isə ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə ali direktoru Çarlz Kupçan 12 yanvarda Azərbaycana səfər edib. Səfər çərçivəsində o, prezident İlham Əliyev, Prezident Administrasiyasının rəhbər müavini Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Görüş zamanı çiçəklənən, müstəqil, stabil və demokratik Azərbaycan üçün ortaq məqsədə çatmaq üçün azərbaycanlıların və amerikalıların əməkdaşlığını davam etdirmək yolları müzakirə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG