ABŞ-dakı seçki mədəniyyətinə dair bir neçə maraqlı fakrı diqqətinizə çatdırırıq:
• 1789-cu ildə Corc Vaşinqton ABŞ-ın ilk prezidenti seçiləndə əhalinin yalnız 6%-i səsvermə hüququna malik idi. 13 ştatdan yalnız 21 yaşına çatmış torpaq sahibləri səs verə bilərdi.
• Corc Vaşınqton 3-cü dəfə prezident seçkilərində iştirak etməkdən imtina etdikdən sonra amerikalılar bu qənaətə gəldi ki, hər bir prezident iki müddətə seçilə bilər.
• Vaşınqtondan sonra heç bir prezident öz namizədliyini 3-cü dəfə irəli sürməyib. Bir də 1940-cı ildə - böyük böhran və ikinci dünya müharibəsi illərinə təsadüf etdiyi vaxtda Ruzvelt 3-cü dəfə prezident seçkilərində iştirak edir və udur. O, hətta 4-cü dəfə də 1944-cü ildə seçkiləri udaraq prezident seçilir, lakin 1945-ci ildə vəfat edir.
• ABŞ prezidenti, ABŞ-da dünyaya gəlməli və bu ölkənin vətəndaşı olmalıdır. Həmçinin, namizədin ən azı 35 yaşı olmalı və o, 14 il ərzində ABŞ da yaşamalıdır.
• ABŞ prezident seçkiləri hər dörd ildən bir, noyabr ayının ilk bazar ertəsi günündən sonrakı çərşənbə axşamı günü keçirilir.