Accessibility links

ABŞ səfirliyi xəbərdarlıq edir


Amerika səfirliyi
Amerika səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi əhalini fırıldaqçılıq halları ilə bağlı xəbərdarlıq edib.

Xəbərdarliqda deyilir:

“Bizə məlum olmuşdur ki, müxtəlif şəxslər və təşkilatlar insanlarla əlaqə saxlayaraq onlara Amerika Birləşmiş Ştatlarının Nümayəndəliyinə işə düzəlmək ilə bağlı yalan təkliflər edə bilər. Həmin şəxslər və təşkilatlar ərizələrin keçməsini təmin etmək məqsədi ilə şəxsi məlumat və pul verilməsini tələb edə bilərlər. Amerika Birləşmiş Ştatlarının Nümayəndəliyi işə qəbul üçün ərizə formalarının təqdim olunmasına heç bir rüsum tələb etmir və eləcə də Sizdən pul tələb edərək iş təklif edən kənar qurum və ya təşkilatlarla əməkdaşlıq etmir.

Əgər, siz belə şəxslər və ya təşkilatlarla rastlaşmışsınızsa xahiş edirik bu barədə BakuRSOTIPS@state.gov ünvanı vasitəsilə bizə məlumat verəsiniz. Həyata keçirdiyimiz işəgötürmə prosesi ərzində siz hər hansı rəsmi təklif edilməzdən əvvəl müsahibə üçün həmişə Amerika Birləşmiş Ştatlarının Nümayəndəliyinin bir əməkdaşı və ya nümayəndəsi ilə şəxsən görüşəcəksiniz”, xəbərdarlıqda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG