Demokrat sosioloqlar noyabr ayında keçiriləcək ümummilli seçkilər zamanı 2016-cı il prezident seçkilərini də Demokratlar qazanacağını deyirlər.
Onların bildirdiyinə görə, demoqrafik statistika demokratların arxasında Amerika cəmiyyətində artmaqda olan irqi müxtəliflik, daha da artan dünyəviçilik, şəhərlərə can atan ailələr durur.
Respublikaçılar isə yalnız ağdərililər olmaqla, kəndlilər və dindarların onları dəstəkləyəcəyinə ümid edir.
Respublikaçı sosioloqlar da öz növbəsində namizədlərinə əmin olduqlarını bildirir.
Onlar Respublikaçı namizədlərin hiddət və qəzəb artan ölkədə dəyişilliklər etmək üçün daha güclü olduğunu deyirlər.
Belə ki, ölkədəki ən böyük siyasi partiyaların hər ikisinin həm ümidə, həm də narahatlığa səbəbi var.
Lakin bir məsələ tam aydındır ki, 2016-cı il prezident seçkilərinin noyabr ayında keçiriləcək ümummilli səsvermə zamanı latın-amerikalı seçicilərin rolu böyük olacaq. Latın-amerikalılar hazırda Birləşmiş Ştatlar seçicilərinin 11,9 faizini təşkil edir ki, bu da qaradərililərlə demək olar ki, eynidir.