Accessibility links

ABŞ-da keşişlər ədalət yürüşü keçirib [Video]


ABŞ-da keşişlər ədalət yürüşü keçirib
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ABŞ-da keşişlər ədalət yürüşü keçirib

50 il öncə qaradərili vətəndaşş haqları lideri Martin Luter Kinq Cunior Vaşinqtonda “Mənim arzum var” adlı nitqi ilə çıxış etdi. Tarixçilər deyir ki, bu çıxış afro-amerikalıların gələcəklərini dəyişdi. Bazar ertəsi yüzlərlə keşiş və bir çox dinə mənsub digər insanlar ABŞ paytaxtında ədalət naminə yürüş edərək, həmin nitqin ildönümünü qeyd edib. Onlar bu yaxınlarda baş verən zorakı hadisələr fonunda daha sərt mesajla çıxış edib.

İnsanlar yatıb. Onlar düşünür ki, biz irqin olmadığını bir cəmiyyətdə yaşayırıq. Amma bu, belə deyil. İrqçilik üstü örtülmüşdü, amma bu prezidentlə yenidən açıldı.
Coan Hilton

Bu insanlar deyir ki, Allah duaları eşidir. Bu yürüş isə ədalət duasıdır. Onlar irqçilik, antisemitizim və diskriminasiyaya son qoyulması üçün dua edir.

“Bu, təkcə qaradərililərin məsələsi deyil. Bu, həm yəhudilərin, həm də bizim hamımızın məsələsidir, çünki hər birimizdə bu qrup insanların hədəf aldığı nə isə var”, deyə yəhudi lezbian Katrin Lin bildirib.

“Bu qrup” deyərək Linç iki həftə öncə Virciniya ştatının Şarlotsvil şəhərində ölümlə nəticələnən insidentə istinad edəib. Orada bir qrup ağdərili supremasist və digər radikallar iki günlük nümayiş keçirib. Onlar açıq şəkildə nifrət dolu mesajlar səsləndirib. Bir supremamsit nümayişçi isə maşını supremasistlərə qarşı etiraz edən digər nümayişçilərin üzərinə sürüb. Nəticədə bir qadın ölüb, 19 nəfər yaralanıb.

O zamandan bəri bir çoxları ölkənin geri getdiyini və artıq təhlükəli dərəcədə bölündüyünü deyir.

Rahibə Coan Hilton doktroluq dissertasiyasını ibadət xidmətlərində sosial ədalətin vacibliyi ilə bağlı yazıb. O deyir ki, bunu dini liderlər təbliğ edib, öyrətməlidirlər.

Şarlotsvil
Şarlotsvil

“İnsanlar yatıb. Onlar düşünür ki, biz irqin olmadığını bir cəmiyyətdə yaşayırıq. Amma bu, belə deyil. İrqçilik üstü örtülmüşdü, amma bu prezidentlə yenidən açıldı”, Mount Oliv Basptist Kilsəsindən Coan Hilton deyir.

“Mən onun gündəminin nə olduğunu bilmirəm, amma bu gündəm ədaləti təbliğ etmir”, deyə dini məktəb müəllimi Aaron Şinqler söyləyib.

Yürüş yolunun üzərində onlar Pensilvaniya Avenyusunda yerləşən Tramp Beynəlxalq Otelində dayanıb, dua edib.

Onların bir çoxu daha öncə də, 1960-cı illərin əvvəlində bu yolda yürüş keçirib. İndi isə onlar yenidən növbəti nəsillə birlikdə yürüş edir.

Biz bu ölkədə ədalətsizlyin baş verdiyini görəndə, buna qarşı çıxmalıyıq.
Tiffani Rouz

“Biz bu ölkədə ədalətsizlyin baş verdiyini görəndə, buna qarşı çıxmalıyıq”, deyə Tiffani Rouz bildirib.

Yürüş ABŞ Ədliyyə nazirliyinin önündə başa çatıb. Tramp administrasiyası yürüşlə bağlı heç bir şərh verməyib. Lakin Şarlotsvildə baş verən zorakılıqlardan sonra baş prokuror Ceff Seşşins prezidentlə eyni düşüncələrə sahib olduğunu demişdi.

“İrqçilik, ağdərili supremasistlik qəbuledilməzdir”, Seşşins deyib.

Amma bu nümayişçilər üçün onun bu sözləri yetərli deyil.

XS
SM
MD
LG