Accessibility links

ABŞ-ın mərkəzi və cənub ştatlarında təbii fəlakətlər davam edir


Güclü fırtınalar, daşqınlar və gecikmiş qış tornadoları ABŞ-ın mərkəzi ştatlarına ciddi zərər vuraraq, 4 nəfərin həyatını itirməsinə səbəb olub.

Günlərlə yağan yağışlar çayların su səviyyəsini artdığına görə ABŞ-ın 9 ştatında daşqın xəbərdarlığı verilib.

Bir neçə mahalda fövqəladə vəziyyət elan edilib və Ohayo çayı boyunca uzanan qəsəbələr su altında qalıb. Bazar günü suyu səviyyəsi çayın keçdiyi başlıca şəhərlər Luisvill, Kentukki və Sinsinnati, Ohayoda son 20 ilin ən yüksək həddinə çatıb.

Arkanzas və Tenessi ştatlarında şənbə günü baş verən iki böyük tornado onlarla evə zərər vurub.

Sinoptiklərin verdiyi məlumata görə, ölkənin cənub və şərq ştatlarında buludlu və yağışlı hava şəraiti bu həftə də davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG