Accessibility links

ABŞ-da turist qayığı batıb


ABŞ rəsmilərinin verdiyi məlumata görə, Missouri ştatında yerləşən göldə baş verən fırtına səbəbindən turist qayığı çevrilərək batıb. Cümə axşamı baş verən hadisədə azı 11 nəfər həyatını itirib.

Ölənlər arasında uşaqlar da var.

Stone bölgəsinin şerifi Daq Reyder bildirib ki, itkin düşmüş 5 nəfərin axtarışları hələ də davam etdirilir. O əlavə edib ki, yaralanan 7 nəfər şəhər xəstəxanasına yerləşdirilib.

Missouri ştatının Arkanzasla cənub sərhədində yerləşən Table Rock gölündə baş verən qəza zamanı gəminin göyərtəsində 31 nəfər olub.

Şerif Reyder hadisəyə fırtınalı havanın səbəb olduğunu qeyd edib. Hadisə baş verən zaman gğldə olan digər turist gəmisi zədə almadan sahilə yan almağı bacarıb.

XS
SM
MD
LG