Accessibility links

ABŞ-ın Ali Məhkəməsi qaçqınların qəbulunu müvəqqəti dayandırıb


ABŞ-ın Ali Məhkəməsi Birləşmiş Ştatların qaçqınları qəbul etməsini apellayasiya məhkəməsinin qərarına qədər müvəqqəti olaraq dayandırıb.

Ali Məhkəmə çərşənbə axşamı günü qəbul edilmiş qərarla Tramp administrasiyasının altı müsəlman ölkəsindən səfərlərə qadağa çərçivəsində qaçqınların qəbulunun dayandırılması haqda müraciətini təmin edib.

Lakin bu, administrasiyanın qismən və müvəqqəti olaraq əldə etdiyi qələbədir.

Hakimlər keçən həftə aşağı instansiya məhkəməsinin qohumluq əlaqələri ilə bağlı siyahının genişləndirilməsinə dair qərarını qüvvədə saxlayıb. Bu qohumlar siyahısına artıq babalar və nənələr də daxildir. İran, İraq, Liviya, Smali, Sudan, Suriya və Yəməndən gələn vətəndaşlar ABŞ-da yaxın qohumluq əlaqələri olduğunu sübut edə bildikləri halda, ölkəyə daxil ola bilərlər.

Bundan əlavə, Havay adalarının hakimi Derrik Vatson bildirib ki, qaçqınlar yerləşdirilmək haqda müvafiq təşkilatlardan qarantiya təqdim etdikləri halda da ölkəyə buraxıla bilər.

Hakimlər bu qərarın icrasını San Fransiskoda 9-cu apellayasiya məhkəməsinin nəzərdən keçirməsinə qədər saxlayıb.

ABŞ Dövlət Departamenti qaçqınlarla işləyən könüllü agentliklərin səfərlərin təşkili ilə bağlı işlərini bərpa etməsinə icazə verib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG