Accessibility links

ABŞ Astanada Suriya danışıqlarına nümayəndə göndərir


Kazakhstan officials prepare working space for delegations at a hotel in Astana, Kazakhstan, Jan. 23, 2017.

ABŞ Astanada Rusiyanın sponsorluğu ilə Suriyada atəşkəsə dair danışıqlara nümayəndə göndərib. Birləşmiş Ştatlar danışıqlarda ABŞ Dövlət Departamentinin müşahidəçi qismində danışıqlara qatılan nümayəndəsi ilə təmsil olunur.

Bu addım haqda Ağ Evin ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlardan sonra açıqladığı bəyanatda bildirilib.

Çərşənbə axşamı günü baş tutan telefon söhbəti Ağ Ev tərəfindən müsbət qiymətləndirilib.

Bu, iki lider arasında ABŞ-ın Suriyada həm Suriya silahlı qüvvələri, həm də Dəməşqin müttəfiqi olan Rusiya hərbi qüvvələri tərəfindən istifadə edilən hərbi bazaya qanadlı raketlərlə zərbə endirməsindən sonra ilk birbaşa telefon söhbəti olub.

Birləşmiş Ştatlar hərbi hava hücumlarını Suriyada 100-dən çox mülki vətəndaşın ölümülə nəticələnmiş kimyəvi hücuma cavam olaraq keçirib. Rusiya ABŞ-ın bu addımını qəzəblə qarşılayıb.

Ağ Evin bəyanatında həmçinin bildirilib ki, iki lider uzunmüddətli sülhə nail olmaq məqsədilə təhlükəsizlik zonalarının yaradılması məsələsində razılıq əldə edib.

XS
SM
MD
LG