Accessibility links

ABŞ Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib


ABŞ dövlət katibi Reks Tillerson Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir:

"Amerika xalqı adından Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırıram.

Birləşmiş Ştatlar və Azərbaycan illər boyu enerji və təhlükəsizlik, eləcə də dialoq və demokratik prinsiplər əsasında qurulmuş güclü tərəfdaşlıq münasibətlərinə malikdir. Ramazan ayının başladığı bir vaxt mən həm də Azərbaycanı onun zəngin tarixi, 99 il bundan əvvəl müsəlman əksəriyyətin ilk parlamentar respublikasını qurması münasibətilə təbrik edirəm. O vaxt da, indiki kimi sizin xəyalınız var idi və siz onu gerçəkləşdirmək üçün işləmisiniz. Birləşmiş Ştatlar öz vətəndaşlarının fundamental azadlıqlarına hörmət edən daha təhlükəsiz və firavan ölkə qurulması səylərini təşviq edir. Biz eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli işinə sadiq qalırıq.

Birləşmiş Ştatlar qarşıdan gələn illərdə münasibətlərimizin bütün sahələrində Azərbaycanla daha böyük əməkdaşlıq aparmağa ümid edir."

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG