Accessibility links

ABŞ 3 il əvvəl Bağdadinin ələ keçirilməsi üçün 10 milyon dollar mükafat elan edib


İraq və Suriyanın böyük ərazilərinin nəzarətini ələ keçirən islamçı üsyançıların lideri Əbu Bəkr Əl-Bağdadi ABŞ-ın İraqda müharibə aparığı zaman dörd il Amerikanın nəzarətində olan həbsxanada saxlanılıb.

ABŞ hərbi rəsmiləri Bağadadini 2005-ci ildə ələ keçirib, onu İraqın cənubunda Birləşmiş Ştatlar tərəfindən idarə edilən Camp Bucca saxlanma məntəqəsinə yerləşdirmişdir.

Lakin Birləşmiş Ştatlar İraqda hərbi əməliyyatları başa çatdırdan sonra keçmiş prezidenti Corc Buş saxlanılanların İraq rəsmilərinə təhvil verilməsi haqda razılığa imza atmışdı. İraq rəsmiləri sonradan 2010-cu ildə Bağdadini azad etmişdi.

Həmin il o, Bağdad hökumətinə təhlükə yaradan İraq və Levantda İslam Dövləti qrupunun rəhbərliyini öz üzərinə götürmüşdü. Qrupun silahlıları Yaxın Şərqdı sünni müsəlman xilafəti yaratmağa çalışır.

Birləşmiş Ştatlar Əbu Bəkr Əl-Bağdadinin adını 2011-ci ildə terrorçular siyahısına salıb və onu ələ keçirən, ya da öldürüən şəxsə 10 milyon məbləğində mükafat veriləcəyini elan edib.

Bağdadinin 1971-ci ildə İraq paytaxtından şimalda yerləşən Samirə şəhərində anadan olduğuna inanılır. Onun əsil adı Əvvad İbrahim Əli Əl-Bədri Əl-Samarraidir. O, Bağdad universitetində islam araşdırmaları və tarixi üzrə doktorluq dərəcəsi alıb. Bağdadiyə müraciətdə “doktor” ifadəsinin işlənməsi görünür bununla izah edilir.

Bəzi məlumatlarda onun 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı məsciddə dini icmanın lideri olduğu bildirilir.

Bağdadi ictimiayyət arasında az görünsə də, şənbə günü radikal islamçı veb səhifədə onun İraqın ikinci ən böyük şəhəri olan Mosulda cümə günü məsciddə xütbə verdiyi göstərilən video yerləşdirilib. Keçən ay İŞİD üsyançıları Mosulu ələ keçirib.

XS
SM
MD
LG