Accessibility links

ABŞ cəbhə xəttində gərginliklə əlaqədar narahatlığını bildirir


ABŞ Dövlət Departamenti iyulun 31-də Dağlıq Qarabağda təmas xəttində zorakılığın artması ilə əlaqədar bəyanat verib. Dövlət Departamentinin sözçüsü Mari Harfın açıqladığı bəyanatda deyilir:

"Birləşmiş Ştatlar iyulun 31-də təmas xəttində cidd tələfatla nəticələnmiş zorakılıqla əlaqədar narahatlığını bildirir. Biz ölənlərin ailələrinə baş sağlığı veririk və tərəfləri gərginliyi azaltmağa və atəşkəsə riayət atməyə çağırırıq. Münaqişə hərbi yolla həll edilə bilməz. Əks-hücum və zorakılığın davam etdirilməsi sülhə nail olunmasını yalnız çətinləşdirəcək.

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan prezidentlərini əsas məsələlərlə bağlı dialoqu davam etdirmək üçün ilk imkan olan kimi görüşməyə çağırır. Biz həmçinin tərəfləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrlərinin sülh razılığının əldə edilməsinə gətirib çıxaracaq danışıqlara başlamaq haqda təklifini qəbul etməyə çağırırıq. Biz Minsk qrupu prosesində iştiraka sadiq qalırıq və davamlı sülhə nail olmaq səylərinə kömək etməyə hazırıq".

XS
SM
MD
LG