Accessibility links

ABŞ dronları və əfqan qüvvələri İŞİD-in 28 döyüşçüsünü qətlə yetirib


Əfqanıstanın Nangarhar vilayətinin Açin rayonu
Əfqanıstanın Nangarhar vilayətinin Açin rayonu

Əfqanıstan rəsmilərinin şənbə günü bildirdiyinə görə, milli təhlükəsizlik qüvvələri və ABŞ dronları Pakistanla sərhəd bölgəsində İŞİD-in 28 döyüşçüsünü qətlə yetirib.

Gecə hücumları Nangarhar vilayətinin Açin və Batikot bölgələrində keçirilib.
Açin bölgəsinin başçısı Hacı Qalib Amerikanın səsinə bildirib ki, Amerikanın pilotsuz idarə olunan raketi bir avtomobili və dağlıq ərazidə toplaşmış bir qrupu hədəf alması nəticəsində 16 İŞİD döyüşçüsü qətlə yetirilib.

Bununla yanaşı, yerli rəsmilər Əfqanıstanın təhlükəsizlik qüvvələrinin Batikot rayonunda gecə əməliyyatları nəticəsində 12 İŞİD döyüşçüsünü qətlə yetirildiyini və bir neçə nəfərin yaralandığını bildiriblər.

ABŞ hərbi qüvvələriin sözçüsü pokovnik Maykl Louhorn Amerika qüvvələrinin cümə günü Açin rayonunda əks-terror əməliyatı keççidiyini təsdiq edib. O, Amerikanın Səsinə təhlükəsizlk səbəbləri ilə əlaqədar detalların açıqlanmadığını bildirib.

"O vaxtdan biz onların qabiliyyətlərinin azaldılmasında mühüm inkişaflar əldə etmişik. Hücumlar onların sıralarının azalmasında təsirli olub"-ABŞ ordu generalı Con Kempbell

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, İslam Dövləti qrupu Nangarharda və onun ətrafında hücumlar keçirmək üçün Açin rayonunu istinadgahına çevirib.

Son bir neçə həftədə ABŞ hərbi qüvvələri vilayətdə çoxsaylı hava hücumları keçirib və dron hücumları zamanı İslam Dövləti qrupunun FM radio stansiyasını dağırıb.Hava hücumları nəticəsində habelə 29 yaraqlı, o cümlədən "Xilafətin səsi" yayım şəbəkəsinin beş üzvü qətlə yetirilib.

ABŞ-ın ordu generalı, ABŞ hərbi qüvvələrinin Əfqanıstanda missiyasının baççısı Con Kempbell
ABŞ-ın ordu generalı, ABŞ hərbi qüvvələrinin Əfqanıstanda missiyasının baççısı Con Kempbell

Əfqanıstanda ABŞ və NATO qüvvələrinin vəzifəsində getməkdə olan generalı Con Kempbell İŞİD-in əfqan mülki vətəndaşların qarşı qəddar hücumlaraı davam etdirdiyinə dair xəbərdarlıq edib.

"Onlar Nangarharda mövcudluqlarını təmin etmək və başqa ərazilərdə öz sıralarına yeni üzvlər gətirmək səylərini gücləndirməyə çalışır"-deyə general Kempbell ABŞ Konqresinin Silahlı Qüvvələr qrşısında çıxışında bildirb.

O, ABŞ-ın Əfqanıstanda əks-terror missiyasına İslam Dövləti qrupunun yaraqlılarına qarşı hüumlar keçirmək səlahiyyəti verildiyini əlavə edib.

"O vaxtdan biz onların qabiliyyətlərinin azaldılmasında mühüm inkişaflar əldə etmişik. Hücumlar onların sıralarının azalmasında təsirli olub"-deyə general Kempbell İŞİD-qə qarşı təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG