Accessibility links

ABŞ dünyanın ən yaxşı ölkələri siyahısında 4-cü yerdədir


Birləşmiş Ştatlar dünyanın ən yaxşı ölkələrinin ilk dəfə tərtib edilmiş siyahısında 4-cü yerdə göstərilib. US News and World Report media şirkəti, Pensilvaniya universiteti və qlobal brendinq üzrə BAV məsləhət şirkətinin tərtib etdiyi siyahı İsveçrədə Davosda Dünya İqtisadi Forumunun başladığı gün açıqlanıb.

Siyahıya əsasən, dünyanın ən yaxşı ölkəsi Almaniyadır. İkinci və üçüncü yerlərdə isə Kanada və Britaniya göstərilib.

“Universitetlər, xətəxanalar və başqa təsisatlarla bağlı keçirdiyimi reytinqlər kimi “Ən yaxşı ölkələr” portalı vətəndaşlar, biznes liderləri və hökumətlərin sürətlə dəyişən dünyada müxtəlif fəaliyyətləri dəyərləndirlməsinə kömək edəcək xəbərlər və məlumatların toplandığı qlobal səhifə olacaq”-deyə US News and World Report media şirkətinin prezidenti və baş redaktoru Mortimer Zukerman açıqladığı bəyanatda bildirib.

60 ölkənin reytinqi 24 kateqoriya üzrə təhlillər nəticəsində və 16 min insan arasında sorğu nəticəsində tərtib edilib. Bu qrupda olanların yarısı “məlumatlı elita” kimi qiymətləndirilib, 4 min 500 nəfər isə biznes lideri olub.

Respondentlər hər bir ölkəyə 9 kateqoriya əsasında qiymət verib. Buraya macəra, vətəndaşlıq, mədəni təsir, sahibkarlıq, irs, təşəbbüskarlıq, biznesə açıqlıq, siyasi hakimiyyət və həyat keyfiyyəti kimi kateqoriyalar daxildir.

Birləşmiş Ştatlar siyasi hakimiyyət və mədəni təsirə görə birinci yerdə göstərilib, Almaniya isə sahibkarlıq üçün ən yaxşı ölkə adlandırılıb. Kanada həyat keyfiyyətinə görə ən yaxşı ölkə seçilib.

Dünyanın ən yaxşı 10 ölkəsi sırasına İsveçrə, Avstraliya, Yaponiya, Fransa, Niderland və Danimarka daxildir.

Azərbaycan dünyanın 60 ən yaxşı ölkəsi arasında 53-cü yeri tutub.

XS
SM
MD
LG