ABŞ-ın yüksək səviyyəli diplomatları Əfqanıstan hökumətinin ciddi etirazlarından sonra Talibanla sülh danışıqlarını xilas etmək üçün yollar axtarır.
Dövlət Departamentinin sözçüsü Cen Paski deyib ki, Dövlət katibi Con Kerri narahatlıqları yüngülləşdirmək üçün Əfqanıstan prezidenti Həmid Karzayi ilə iki dəfə telefon söhbəti aparıb. ABŞ və Taliban arasında ilkin müzakirələrin cümə axşamı Qətər paytaxtı Dohada başlayacağı gözlənilirdi.
Talibanın Dohada nümayəndəliyinin açılmasından belə görünür narazı qalan cənab Karzayi Vaşinqtonla 2014-cü ildə NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra ABŞ-ın mövcudluğuna dair hərbi razılaşma ilə əlaqədar danışıqları təxirə salıb.
Cənab Karzayinin etirazları Talibanın Dohada nümayəndəliyinin təqdimatı ilə bağlıdır. Talibanın Qətərdəki ofisi “Əfqanıstan İslam Əmirliyinin ofisi” adı altında açılıb.
Əfqanıstanın BMT-dəki nümatəndəri Zahir Tanin onun ölkəsinin “Taliban Əmirliyi”ni tanımadığını deyib.
Bundan sonra Qətərdə ofisin adı əvvəlki razılaşdırıldığı kimi “Əfqanıstanda Talibanın siyasi ofisi” dəyişdirilib.