Accessibility links

ABŞ Əfqanıstanda öhdəliklərinə sadıq qalır


Dövlət katibinin siyasi məsələlər üzrə yardmçısı Tomas Şannon
Dövlət katibinin siyasi məsələlər üzrə yardmçısı Tomas Şannon

Amerikann yüksək səviyyəli diplomatı Əfqanıstan liderlərini Vaşinqtonun prezident seçilmiş Donald Trampın hakimiyyətə gələcək administrasiyası dövrü ölkədə sülhün, rifahın və təhlükəsizliyinin bərpa olunması işinə sadiq qalacağına əmin edib.

Dövlət katibinin siyasi məsələlər üzrə yardmçısı Tomas Şannon şənbə günü Kabilə səfər edərək, Əfqanıstan prezidenti Əşrəf Qani, icraedici hakimiyyətin başçısı Abdulla Abdulla və başqa yüksək səviyyəli rəsmilərlə görüşüb.

Şannon müxbirlərə deyib ki, onun səfərinin əsas məqsədi ABŞ prezidenti Barak Obamanın səkkiz il hakimiyyətdə olduğu müddətdə iki ölkə arasında qurulan güclü tərəfdaşlıq əlaqələrinin vurğulanmasından ibarətdir.

"Lakin bizim Əfqanıstana sədaqətimiz yanvarın 20-də (Trampın andiçməsi zamanı) bitməyəcək, bunun əksi olaraq daha da dərinləşəcək və bu münasibətlərin strateji əhəmiyyəti hamıya aşkardır"-deyə o vurğulayıb.

"Mən sizi əmin edirəm ki, bizim burada hədlərimiz və niyyətlərimiz davamlıdır və uzunmüddətli perspektivə malikdir"-deyə Şannon əlavə edib.

Lakin bizim Əfqanıstana sədaqətimiz yanvarın 20-də (Trampın andiçməsi zamanı) bitməyəcək, bunun əksi olaraq daha da dərinləşəcək və bu münasibətlərin strateji əhəmiyyəti hamıya aşkardı
Tomas Şannon

Prezident seçilmiş Donald Trampın ABŞ müdaxilə etdiyi ən uzun sürən münaqişələrdən biri olan Əfqanıstan müharibəsində əməliyyatlarla bağlı hansı addımlar atacağı məlum deyil.

ABŞ-ın Əfqanıstanda 8 min 500 nəfərdən ibarət əsgəri qüvvəsi yerli qüvvələrə Taliban üsyançılara qarşı mübarizədə təlim, məsləhət və yardım göstərir.

ABŞ-ın hərbi missiyası həmçinin Əfqanıstanda Əl-Qaidə və İŞİD terrorçularına qarşı anti-terr əməliyyatların aparılmasında iştirak edir.

Dövlət katibinin yardımçısı Şanon Kabilə ABŞ dəniz piyadaları korpusunun Əfqanıstanın cənubunda Helmənd vilayətinə bu il 300 nəfərdən ibarət hərbi məsləhətçi göndərəcəyini elan etməsindən sonra səfər edib.

Mən sizi əmin edirəm ki, bizim burada hədlərimiz və niyyətlərimiz davamlıdır və uzunmüddətli perspektivə malikdir
Tomas Şannon

Taliban üsyançıları iki il bundan əvvəl NATO-nun öz qüvvələrini ölkədən çıxarmasından sonra xaş-xaş istehsal edilən regionların çoxuna nəzarət edir.

Üsyançılar həmçinin ölkənin başqa yerlərində döyüşlərdə üstünlük əldə edib. Taliban qüvvələrinin 2017-ci ildə zorakılıqları artıracağı ilə narahatlıqla mövcuddur.

ABŞ hərbi qüvvələrinə əsasən, Əfqanıstan hökuməti hazırda ölkə əhalisinin 64 faizinin yaşadığı ərazilərə nəzarət edir. Talibanın nəzarət etdiyi ərazilərdə yaşayan insanlar ölkə əhalisinin 10 faizini təşkil edir. Ölkənin qalan hissələrində Əfqanıstan hökuməti və Taliban üsyançıları arasında mübarizə davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG