Accessibility links

Washington Post: ABŞ-ın energetika və nüvə şirkətlərinə qarşı haker hücumlarının arxasında Rusiya durur


ABŞ-ın Energetika naziri Rik Perry
ABŞ-ın Energetika naziri Rik Perry

ABŞ-ın energetika və nüvə şirkətlərinə qarşı son həftlər haker hücumlarının arxasında Rusiya hökuməti durur. Bu haqda Washington Post qəzetindəki məqalədə deyilir.

Məqaləyə əsasən ABŞ hökumətinin adları açıqlanmayan rəsmiləri hakerlərin Rusiya hökumətinə işlədiyini təsdiq ediblər.

Rəsmilər Washington Post qəzetinə bildirib ki, rusların motivləri aydın deyil, çünki haker hücumuna məruz qalmış şirkətlərin işi dayanmayıb.

Lakin bir Amerika rəsmisi deyib ki, o, kiber hücumlarını şirkətlərin fəaliyyətinin hansı məqamlarına müdaxilə edilə biləcəyini müəyyən etmək üçün “kəşfiyyat cəhdi” kimi dəyərləndirir.

Energetika və nüvə şirkətlərinin biznes və idarəçilik sistemlərinə haker hücumlarına məruz qalması keçən həftə təsdiq edilib. ABŞ-ın Energetika nazirliyi həmin şirkətlərə onların fəaliyyətinə müdaxilə cəhdləri ilə əlaqədar kömək göstərildiyini bildirmişdi.

ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi və Federal Təhqiatlar Bürosu enerji şirkətlərinə iyun ayının sonunda naməlum hakerlərin nüvə, energetika və mühüm infrastruktur sektorlarını hədəf alması ilə bağlı xəbərdarlıq etmişdi.

XS
SM
MD
LG